top of page

Bakıda yenə bahalı maşınları yandırdılar - VİDEO - FOTO


20140606_160354.jpg

Son zamanlar Qaraçuxur qəsəbəsində maşınların yandırılması halları müşahidə olunurdu. Ən son ötən ayın əvvəlində belə hadisə baş vermişdi.

Vətəndaşlara məxsus nəqliyyat vasitələrinin qəsdən yandırılması barədə mətbuatda məlumatlar yayıldıqdan sonra ötən ay - iyunun 10-da bir nəfər həbs edildi. Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Qaraçuxurda 20-yə yaxın avtomobili yandırmaqda şübhəli bilinən, 1979-cu il təvəllüdlü Səfər Zöhrab oğlu Mahmudov saxlanıldı. Onun kriminal aləmlə yaxın əlaqələri olduğu və “Dəli Səfər” ləqəbi ilə tanındığı deyilirdi.

“Dəli Səfər”in həbsindən sonra yanğın xəbərləri dayandı. Lakin iyulun 4-ü axşam saatlarında Qaraçuxurda yenə bir neçə maşın yenə yandırılıb. Bu barədə musavat.com-a qəsəbə sakinləri məlumat veriblər. Hadisə qəsəbənin Yaşar Əliyev küçəsində qeydə alınıb.

Bu əməli törədən şəxs və ya şəxslərin lüks maşınları seçməsi diqqət çəkir. Sonuncu dəfə yandırılan maşınlar arasında “Toyoto”, BMV, Mercedes, Ford markalı lüks maşınlar var.

Hadisə şahidləri deyir ki, yanğınla bağlı bir nəfər həbs olduqdan sonra sakinlər həyətdə maşın saxlamağa başlamışdı. Lakin yenidən maşınlar yaxdırılmağa başlandı. Sakinlər təşviş içindədir. Hamı həyətində maşın saxlamağa qorxur.

Onu da qeyd edək ki, sakinlər yanğınlar başladığı vaxtdan etibarən Post Patrul Xidmətinin əməkdaşlarının və mülki geyimli polislərin qəsəbədə növbə çəkdiyini deyir.

bottom of page