top of page

Məktəbli formaları bahalaşdı? - VİDEO


forma.jpg

“Bakı Tikiş Evi”nin direktoru valideynlərə xəbərdarlıq etdi.

Bu gün kütləvi informasiya vasitələrində məktəbli formalarının qiymətinin qaldırılması haqqında xəbər yayıldı. Bəzi kütləvi informasiya vasitələrində məktəbli formalarının qiymətinin bahalaşdığı ilə bağlı xəbərlər yayıldı. Bahalaşdırılmasının əsas səbəbi isə materialların Türkiyədən dollarla alınması və dolların da məzənnəsinin yüksəlməsi göstərilirdi. Məsələ ilə bağlı “Bakı Tikiş Evi”nin direktoru Fədai Rəhimov bildirdi ki, doğrudan da xaricdən alınan parçanın qiymətində artım var. Amma bu artımı valideynlər hiss etməyəcəklər. Qiymət məsələsinə gəlincə, dəyişiklik var. Bu isə əvvvəllər təyin edilən qiymətlərin ümumiləşdirilməsindədir. Belə ki, ötən il “Bakı Tikiş Evi”ndə məktəbli formaları bədən ölçülərindən asılı olaraq 4 qiymətdə 30, 35, 40 və 45 manata təklif edilirdi. Bu il isə bu qiymətlər 34 və 43 manat olacaq. “Məktəbli formaların qiyməti bədən ölçülərindən asılı olaraq dəyişəcək. Belə ki, 28-dən 44-də qədər olan məktəbli formalar 34 manata satılacaq. Bu qiymət həm oğlanlar, həm də qızlar üçün nəzərdə tutulan məktəbli formalarına şamil olunur. Ölçüləri 36-dan 56-ya qədər olan məktəbli formalar isə 43 manatdan satılacaq”, – deyə “Bakı Tikiş Evi”nin direktoru Fədai Rəhimov bildirib. Əgər valideynlər hansısa mağazada bundan baha qiymətlə rastlaşarsa, “Bakı Tikiş Evi”nin qaynar xətti olan 597-45-39 nömrəli telefona məlumat verə bilərlər. “Bakı Tikiş Evi” öz məhsullarının satışını paytaxtda və Abşeron yarımadasında fəaliyyət göstərən 17 mağazasında həyata keçirir.

bottom of page