top of page

Bakıda oğul anasının qanını tökdü


Bakıda dəhşətli qətl hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, oğul öz nasını qətlə yetirib. Hadisə Nizami rayonunda qeydə alınıb. Nizami rayon prokurorunun köməkçisi Günay Məmmədlinin ANS PRESS-ə verdiyi məlumata görə, Mehdi Abbasov küçəsi ev 33-də bıçaqlanma hadisəsi baş verib. Hadisə zamanı 1994-cü il təvəllüdlü Siyavuş Zöhrabov anası, 1970-ci il təvəllüdlü Tahirə Zöhrabovanı bıçaqlayaraq qətlə yetirib. Artıq hadisəni törədən Siyavuş Zöhrabov həbs edilib. Hadisənin hansi səbəbdən törədildiyi aparılan istintaq araşdırmasından sonra məlum olacaq. İlkin səbəb kimi isə qısqançlıq göstərilir. Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb,araşdırma aparılır.

bottom of page