PRESS NEWS AZERBAIJAN

Dəhşət: Azərbaycanda qardaş bacısını öldürüb yandırdı

08.07.2015

 

Hacıqabulda 18 yaşlı gənc 17 yaşlı bacısını qətlə yetirdi

 

Hacıqabul rayonunda dəhşətli qətl hadisəsi baş verib.

 

Mingəçevir şəhər sakini 3 gün bundan əvvəl bacısını öldürüb, sonra isə yandırıb. 

Hacıqabul rayon Prokurorluğundan verilən xəbərə görə, 1997-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Hadıyev Namaz Mobil oğlu, bacısı 1998-ci il təvəllüdlü Hadıyeva Gövhər Mobil qızını qətlə yetirib.

Hadisə iyulun 5-də Bakı-Qazax magistralının 83-cü kilometrliyində, Hacıqabul rayonunun Qızılburun kəndi ilə Atbulaq kəndi arasında olan ərazidə qeydə alınıb.

Üzərində 38 bıçaq yarası olan meyit bu gün Bakı-Qazax magistralının kənarında yandırılmış halda aşkarlanıb.

İlkin məlumatlara görə, qətl hadisəsi qısqanclıq zəminində baş verib. Qətlə yetirilən Gövhər Hadıyevanın bir il əvvəl evlərindən çıxdığı, Bakıya gəldiyi və bir daha geri qayıtmadığı bildirilib. O bir neçə gün əvvəl qardaşı ilə telefonla danışıb və ondan bağışlanmasını istəyib. G. Hadıyeva Bakıdan taksi ilə həmin əraziyə gəlib.
Namaz Hadıyev qeyd olunan ərazidə bacısı ilə görüşüb, onu qətlə yetirib, meyiti yandırandan sonra Bakıya gedərək polisə təslim olub.

Faktla bağlı Hacıqabul rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar aparılır.

Please reload

ƏN ÇOX OXUNANLAR