PRESS NEWS AZERBAIJAN

Dava etdiyi şəxsi itələyərək qatar relsinin üzərinə yıxan adam görənləri şoka salıb

08.07.2015

 

Maraqlı olan budur ki, hadisəni törədən şəxs 57 yaşlı kişini qatar yoluna itələyərək yıxdıqdan sonra, sanki heç nə olmamış kimi yoluna davam edib

 

Praqa şəhərində yerləşən metro stansiyalarından birində baş verən qorxulu hadisə təhlükəsizlik kameralara vasitəsilə lentə alınıb. Videgörüntülərdə iki nəfər şəxsin mübahisə etdiyi və sonra biri digərini metronun platformasından qatar relsinin üzərinə itələdiyi görünür. Lakin maraqlı olan budur ki, hadisəni törədən şəxs 57 yaşlı kişini qatar yoluna itələyərək yıxdıqdan sonra, sanki heç nə olmamış kimi yoluna davam edib. Xoşbəxtlikdən platformada olan digər şəxslər qatar yoluna yıxılan şəxsi qatar gəlməmiş xilas edə biliblər. İnterAz müşahidə kameraları vasitəsilə lentə alınan görüntüləri sizlərə təqdim edir.