top of page

MTRŞ sədri Nuşirəvan Məhərrəmlinin erməni redaktorun layihəsinə reaksiya: "Bu məsələ ilə bizim


Nurshiravan.jpg

"Ola bilər ki, onlar burada hansısa layihə həyata keçirib, veriliş hazırlayıb"

"Milli Televiziya və Radio Şurası (MTRŞ) Rusiyanın hər hansı radiosuna fəaliyyət göstərməyə icazə verməyib. MTRŞ başında erməninin durduğu radionun Azərbaycan ərazisində fəaliyyətinə icazə verə bilməz. Belə bir şey ümumiyyətlə ola bilməz".

Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli erməni əsilli jurnalist Marqarita Simonyanın baş redaktoru olduğu Rusiyanın “Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin tərkibinə daxil olan “Sputnik” radiosunun Bakıda fəaliyyətə başlaması ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib. MTRŞ sədrinin sözlərinə görə, Azərbaycan ərazisində teleradio məkanında hər şey Azərbaycan dilində olduğu üçün bunların hamısı nəzərə alınır: "Amma ola bilsin ki, həmin radio burada yerli radiolardan biri ilə əməkdaşlıq edə, hansısa verilişi alıb onu tərcümə edərək yaya və musiqi səsləndirə bilərlər. Dünyanın hər yerində belə qarşılıqlı əməkdaşlıqlar edilir. Yəni proqramlar alınır. Amma bir halda ki, bu xarici ölkə radiosudursa, özü də başında erməni əsilli redaktor durursa, təbii ki, radio kanalları da gərək bu məsələdə ehtiyatlı olsunlar. Ola bilər ki, onlar burada hansısa layihə həyata keçirib, veriliş hazırlayıb, sonra onu Moskvaya ötürsünlər və oradan yaysınlar. Amma bu məsələ ilə bizim heç bir əlaqəmiz yoxdur. Həmin verilişlərin xarici ölkələrdə yayılması onların öz işləridir. Söhbət Azərbaycan ərazisindən gedirsə, burada rus dilində hər hansı verilişin yayımı ola bilməz. Belə bir şey olsa, biz dərhal tədbirimizi görəcəyik”. Qeyd edək ki, Rusiyanın “Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin tərkibinə daxil olan “Sputnik” radiosunun Bakıda həyata keçirdiyi layihəsinin rəhbəri Əziz Əliyev ANS PRESS-ə bildirib ki, onlar may ayından etibarən Bakıda yerli radioların biri ilə birgə layihə həyata keçirməyə başlayıblar. “Biz radio layihəsini bir çox respublikalarda həyata keçirmişik. Qazaxıstanda 4 saat qazax dilində, 4 saat rus dilində yayılırıq. Moldaviyada və Tacikistanda da həm rus, həm də yerli dillərdə verilişlər hazırlayırıq”,- deyə “Sputnik” təmsilçisi bildirir. Adı nə qədər yeni səslənsə də “Sputnik” əslində postsovet məkanında yaxşı tanınan və 1929-cu ildən yayılan “Qolos Rossii” (Rusiyanın səsi) radiosunun varisidir.

bottom of page