top of page

Ən faydalı tərəvəz

terevez.jpg

Karbohidratların kalorisinin yüksək olduğu sirr deyil. Odur ki, sağlam qidalanma mütəxəssisləri karbohidratlardan uzaq durmağı tövsiyə edirlər. Artıq çəkidən azad olmaq istəyənlər də adətən, çörək, makaron və düyü məmulatlarından uzaq gəzirlər. Lakin məsələ burasındadır ki, orqanizmin enerji üçün karbohidratlara ehtiyacı var. Yəni onlardan tamamilə imtina etmək doğru deyil.

Karbohidratlı qidalara ağ çörək, ağ makaron, şirniyyat və xəmir xörəkləri daxildir. Sözügedən məmulatların tərkibindəki maddələr orqanizm tərəfindən tez mənimsənilir. Bu karbohidratları istehlak etdikdən qısa müddət sonra yenidən acırıq və özümüzü çox yorğun hiss edirik. Lakin bütün karbohidratların orqanizmə təsiri eyni deyil. Bəzi tərəvəzlər və ya buğdalı məhsullar, yəni kompleks karbohidratlar qan şəkərinə zərər vermir. Əksinə, bədən tərəfindən yavaş-yavaş həzm olunur. Beləliklə, özümüzü uzun müddət tox və gümrah hiss edirik. Qarğıdalı təzə alındığı zaman işlənməmiş, yəni tam taxıl olur. Bu da qida dəyərini artıran vacib amildir. Lif və C vitamini baxımından zəngindir. Banan dietoloqların qara siyahısında olan meyvələrdən biridir. Digər meyvələrlə müqayisədə bananın kalorisi daha yüksəkdir. Amma sağlamlıq üçün faydalarını nəzərdən qaçırmaq olmaz. Banan B6 vitamini, manqan, kalium və lif baxımından olduqca zəngindir və karbohidrat mənbəyidir. Onu da qeyd etmək lazımdır ki, meyvədəki karbohidrat təbii şəkərdir, bu səbəbdən istədiyiniz meyvəni istehlak edə bilərsiniz. Meyvələrdəki təbii şəkər qənddən olan asılılığı azaltmağa kömək edir. Qızardılmış kartof da qara siyahıya alınmış tərəvəzlərdən biridir. Lakin kartofu qaynadılmış halda yemək çox faydalıdır. Kartof kalium və C vitamini baxımından olduqca zəngindir. 4 qram lif ehtiva edir ki, bu miqdar gündəlik lif ehtiyacımızın 15 faizini təşkil edir. Çovdar çörəyinin rənginin qəhvəyi olmasına baxmayaraq, tam buğdalı məmulat sayılmır. Aldığınız məhsulun paketində yazılan çox taxıllı, kəpəkli kimi işarələr də sizi yanıltmasın. Bu məhsulun hamısının 100 faiz tam taxıllı olduğuna nəzarət etməlisiniz. Bundan başqa, insulin müqavimətini aşağı salır, yeməklərin daha asan həzm edilməsini təmin edir. Yaşıl noxud da karbohidrat baxımından zəngindir. Lakin yüksək antioksidant tərkibli tərəvəz olduğu üçün olduqca faydalıdır. Aparılan tədqiqatlarda noxudun mədə xərçənginə qarşı qoruyucu xüsusiyyəti olduğu göstərilib. Qeyd edək ki, karbohidratlı yeməkləri gündüz yemək məsləhətdir.

bottom of page