PRESS NEWS AZERBAIJAN

Ağırlıq qaldıranda ürəyi getdi - VİDEO

13.07.2015

 

Kuryoz hadisə xoş sonluğla başa çatıb

 

Kanadada təşkil edilən ağırlıqqaldırma yarışında kuryoz hadisə yaşanıb. 

53 kq çəki dərəcəsində qadınlar arasında yarışan 20 yaşlı venesuelalı idmançı Genesis Rodriguez Gomez yarış zamanı qaldırdığı 106 kq-lıq ştanqın ağırlığına dözə bilməyərək özündən gedib. Tamaşaçılara gərgin anlar yaşadan idmançı sonradan özündə güc taparaq yenidən meydana dönüb.

 

Venesuelalı idmançı Genesis Rodriguez 

Bir müddət sonra yarışa qoşulan idmançı ağırlığın öhdəsindən gəlməyi bacarıb. Daha sonra Genesis Rodriguez Gomez 109 kq çəkini qaldıra bilib. 

Qeyd edək ki, idmançı yaşadığı bəxtsizliyə baxmayaraq sonda yarışda gümüş medal qazanmağı bacarıb.

 

 

 

Please reload

ƏN ÇOX OXUNANLAR