top of page

Ağırlıq qaldıranda ürəyi getdi - VİDEO


Kuryoz hadisə xoş sonluğla başa çatıb

Kanadada təşkil edilən ağırlıqqaldırma yarışında kuryoz hadisə yaşanıb. 53 kq çəki dərəcəsində qadınlar arasında yarışan 20 yaşlı venesuelalı idmançı Genesis Rodriguez Gomez yarış zamanı qaldırdığı 106 kq-lıq ştanqın ağırlığına dözə bilməyərək özündən gedib. Tamaşaçılara gərgin anlar yaşadan idmançı sonradan özündə güc taparaq yenidən meydana dönüb.

Venesuelalı idmançı Genesis Rodriguez Bir müddət sonra yarışa qoşulan idmançı ağırlığın öhdəsindən gəlməyi bacarıb. Daha sonra Genesis Rodriguez Gomez 109 kq çəkini qaldıra bilib. Qeyd edək ki, idmançı yaşadığı bəxtsizliyə baxmayaraq sonda yarışda gümüş medal qazanmağı bacarıb.

bottom of page