PRESS NEWS AZERBAIJAN

İstirahət günü çox yatmağın zərəri

14.07.2015

 

İstirahət günləri normadan artıq yatmaq düzgün deyil. Alimlər artıq yuxunun piylənməyə səbəb olduğunu bildirirlər. Hər hansı şəxs nə qədər çox yatırsa, bir o qədər də piylənmə ilə əlaqədar xəstəliklər qazanır.

 

Mütəxəssislərin rəyinə görə, iş və istirahət günlərindəki yuxu müddətinin fərqi bədən üçün təhlükə törədir. Onlar bunu 800-dən çox könüllü insan üzərində araşdıraraq sübut ediblər. Əvvəlcə könüllülərin çəkisi, boyu ölçülüb, onlardan qan nümunələri götürülüb.

 

Sonra könüllülər arasında neçə saat yatmaları haqda sorğu aparılıb və maraqlı nəticələr alınıb. Məlum olub ki, adi iş günü ilə müqayisədə istirahət günü iki saat artıq yatanların çəkiləri artır və onlarda diabet xəstəliyinə meyillilik yaranır. Mütəxəssislər vəziyyətdən çıxış yolu üçün fəal həyat sürməyi, səhər tezdən idman zallarına getməyi məsləhət bilirlər.

Please reload

ƏN ÇOX OXUNANLAR

Please reload

Please reload