top of page

98 yaşlı motosikletçi nənə

nene.jpg

98 yaşlı qadın motosiklet idarə edir. Türkiyənin Samsun şəhərində yaşayan Həmidə Qarabulud nə qədər yaşlı olsa da, ruhu bir o qədər cavandır. Motosiklet idarə etməyi oğlundan öyrənən 98 yaşlı qadın ikitəkərli nəqliyyat vasitəsində gəzməyi az qala öz hobbisinə çevirib.

8 övlad anası olan Həmidə Qarabuludun böyük oğlunun 73 yaşı var. Övladları 98 yaşlı qadının motosikletdən əl çəkməsi üçün çox çalışsalar da, Həmidə Qarabulud inadından dönməyib. Hər gün motosikletlə gəzintiyə çıxan Samsun sakini nəvə-nəticələrinin sayını da yaddan çıxarıb. Onun indi bu həyatda zövq aldığı sadəcə, motosiklet idarə etməkdir. Oğlu anasının yıxılıb xəsarət alacağından narahat olduğu üçün çox vaxt motosiklet gəzintisinə onunla birgə çıxır. Amma 98 yaşlı nənənin buna ehtiyacı olmur. Əksinə, onun motosiklet idarə etməsini ətrafdakılar heyrətlə izləyirlər.

bottom of page