AZAL qiymətləri azaldıb. Turizm şirkətlərindən daxil olan məlumata görə, prezidentin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda AZAL-da qiymətlərin bahalılığı ilə bağlı tənqidlərindən sonra şirkət qiymətləri aşağı salıb. Belə ki, Azərbaycanda yerləşən turizm şirkətlərinə AZAL-dan bununla bağlı müvafiq məktub göndərilib. Məktubda Bakı-İstanbu reysinin 90 manat olması ilə bağlı göstəriş yer alıb. Qərarın nə vaxt qüvvəyə minəcəyi isə hələki dəqiq deyil.(AzNews.az)
top of page
bottom of page