Ermənilər işğal altında olan Azərbaycan torpaqlarında yanğın törətməkdə davam edirlər. Bu dəfə fəlakətin qurbanı Cəbrayıl rayonunun Xələfli kəndi olub.
Kəndin sakini, məcburi köçkün Nüsrət Hümbətəliyevin Sputnik-ə verdiyi məlumata görə, ermənilər Araz çayının sahilində yerləşən Xələfli stansiyasını atəşə veriblər. Kəndin ön tərəfi Araz çayı, arxa tərəfi isə Diri dağıdır.
Yanğınla bağlı görüntüləri İran Cəbrayılının sakinləri çəkərək Nüsrət Hümbətəliyevə göndəriblər. O da bu məlumatı və görüntüləri Sputnik.az-la paylaşıb.