PRESS NEWS AZERBAIJAN

Siyasət tarixi belə bir olay yaşamamışdı - Netenyahu ilə ingilis nazir mətbuat konfransında dava etdilər

17.07.2015

 

İngiltərə  Xarici İşlər naziri Filip Hammond  İsrail Baş naziri Binyamin Netanyahu ilə Təl-Əvivdə keçirdiyi mətbuat konfransında  jurnalistlərin gözü önündə İran görə mübahisə ediblər.

 

Görüş ərəfəsində  iki nazirin  qısa mətbuat açıqlaması qarşılıqlı ittihamlara çevrilib. İranı beş qitədə, 30 ölkədə terroru dəstəkləməklə günahlandıran Binyamin Netanyahu  dünya güclərinin Tehranla imzaladığı  nüvə sazişini tənqid edib. Netanyanu  İran liderlərinin  İsraili xəritədən silmə  açıqlamalarını xatırladaraq,  imzalanan sazişin semitizmə dəstək verdiyini bildirib.

 

İngilis nazir isə Netanyahunun narahatlıqlarını anladığını, lakin  bu sazişin İranın nüvə  proqramı ilə bağlı olduğunu deyib. Lakin Netenyahu  ingilis nazirin  sözünü  kəsərək, bu  sözlərə inanacaq səviyyədə sadəlöv olmadıqlarını  bildirib. İngiltərəli  nazir Hammond isə  İranı küçələrdə səsləndirilən şüarlarla deyil, hərəkətləri ilə yoxlayacaqlarını qeyd edib.

 

İngilis nazirin etdiyi hər bir açıqlamaya cavab verən Netenyahu  ona xitabən  "Davam etmək istəyirsinizmi?" - deyə soruşub. Hammond isə "xeyir  təklikdə davam edək. Məncə, sual-cavab hissəsi üçün jurnalistlərə ehtiyacımız olmadığını sübut etdik"-deyərək İsrailin baş nazirinə etiraz edib.

 

 

 

Please reload

ƏN ÇOX OXUNANLAR