Azərbaycanlı kikboksçu 39-cu dəfə qalib oldu - FOTO + VİDEO

“Kobra-Pərviz” ləqəbi ilə tanınan azərbaycanlı kikboksçu Pərviz Abdullayev39-cu dəfə qalib olub. Çinin Nanjinq şəhərində kikboksinq üzrə reytinq xarakterli peşəkar “Kunlun Fight Series” turnirində Azərbaycanı təmsil edən kikboksçu “Kobra” ləqəbli Pərviz Abdullayev rəqibi yerli idmançı Zhang Zhaoguandan 3 raund ərzində üstün olub.
İkinci raundda kikbosçumuz rəqibi Zhang Zhaoguanı iki dəfə nokdaun edib. Sonuncu 3-cü raundda “Kobra” Pərviz tam üstünlüklə qələbə qazanıb.
Qeyd edək ki, kikboks üzrə beş qat dünya çempionu, “Kobra” ləqəbli azərbaycanlı döyüşçü Pərviz Abdullayev keçirdiyi 42 döyüşündən artıq 39-da qalib gəlib. Həmçinin idmançı mütəmadi olaraq “12 May Cobra” kikboks idman cəmiyyətinin təşkilatçılığı ilə keçirilən məşqlərdə də iştirak edib.
