PRESS NEWS AZERBAIJAN

Sürücülərin nəzərinə

22.07.2015

 

Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, paytaxtın Badamdar qəsəbəsində qəsəbəxarici avtomagistralda əsaslı asfalt örtüyünün çəkilişi davam edir: “Bununla əlaqədar həmin yolla Bayıl və yaxud 20-ci sahə istiqamətində yalnız qəsəbə daxili yollarla hərəkət etmək mümkündür. Ümumiyyətlə, həmin ərazidə sıxlığın yaranmaması üçün alternativ olaraq Mikayıl Müşviq dairəsindən üçüncü kənar dairəvi yolla hərəkət etməyi tövsiyyə edirik”.

 

Bundan əlavə, V.Əsədov bildirib ki, Bakının Rəşid Behbudov küçəsində 28 may küçəsi kəsişməsindən Füzuli küçəsi istiqamətinə qədər olan hissədə olan yolda asfalt örtüyünün çəkilməsi ilə əlaqədar bəzi hissələrdə yol daralıb ki, sürücülər bununla əlaqədar diqqətli olsunlar: “Ən azından Rəşid Behbudov küçəsi ilə hərəkət edən sürücülərə bir neçə saat ərzində alternativ yol kimi Füzuli küçəsindən keçməklə Səməd Vurğun küçəsi boyunca hərəkət etməyi tövsiyyə edirik”.

Please reload

ƏN ÇOX OXUNANLAR