PRESS NEWS AZERBAIJAN

Üzən stadionda dünya çempionatı keçiriləcək

23.07.2015

 

Dünyada ilk dəfə olaraq “Stadiumconcept” memarlıq studiyasının mütəxəssisləri tərəfindən üzən stadionun layihəsi hazırlanıb. 


PressNews.Az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, xarici saytlar xəbər verir ki, idman qurğusu 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatı üçün nəzərdə tutulub.


Üzən stadion dəniz və okeanlarda böyük məsafələr qət edərək planetin istənilən şəhərində mühüm futbol çempionatının keçirilməsində əhəmiyyətli rol oynayacaq.


Layihədə ekoloji problemlər də öz həllini tapıb. Nəhəng üzən stadionun əsas enerji mənbələri su, külək və günəş olacaq. Stadionda yarışları 65 min tamaşaçı izləyə biləcək.
Memarlar sözügedən layihəni idman arxitekturası tarixində maraqlı yenilik kimi dəyərləndirirlər.

 

 

 

Please reload

ƏN ÇOX OXUNANLAR