PRESS NEWS AZERBAIJAN

"İŞİD" terrorçuları ilə Türkiyə əsgərləri arasında atışma baş verib

23.07.2015

 

Türkiyə-Suriya sərhədində, Kilis vilayəti ərazisində "İŞİD" terrorçuları ilə Türkiyə əsgərləri arasında atışma baş verib. 

 

Pressnews.az-ın "Milliyet"ə istinadən verdiyi məlumata görə, Kilisin Əlbəyli rayonu ərazisində, Suriya ilə sərhəddə keşik çəkən türk əsgərlərinə Suriyada "İŞİD"in nəzarətində olan ərazidən atəş açılıb. Nəticədə 1 əsgər şəhid olub, 2-si yaralanıb. Hadisənin bir qrup "İŞİD" üzvünün Türkiyəyə keçməyə cəhd göstərərkən baş verdiyi, terrorçuların ölkəyə keçməsinə imkan verməyən əsgərlərin iriçaplı silahlardan atəşə məruz qaldığı bildirilir. Türkiyə hərbçilərinin cavab atəşi açdığı və 1 "İŞİD"çinin öldürüldüyü xəbər verilir.

 

Please reload

ƏN ÇOX OXUNANLAR