top of page

1 ayda 8 kilo arıqladan PƏHRİZ


Kolorado Universitetinin mütəxəssisləri 30 yaşdan sonra kökəlməyin səbəbləri və bu problemi həll etməyin üsullarını araşdırıb. Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu yaşdan sonra gün ərzində qəbul edilən ən az, hətta 100 kalori belə kökəlməyə səbəb olur. Araşdırmada o da məlum olub ki, 30 yaşdan yuxarı olanları ən çox şokoladlı biskvitlər kökəldir. Üstəlik, arıqlamaq çətin olduğu qədər bədənin enerjisi də azalır.

Ona görə də bu yaşdan sonra hər gün nə yediyinizə diqqət etmək vacibdir. Pəhriz zamanı 2 əsas qaydaya riayət edilməlidir.

30 yaşından yuxarı qadınlar üçün nəzərdə tutulmuş pəhriz reseptini təqdim edirik. Bu pəhrizi saxlayaraq 1 ayda 8 kq-a qədər arıqlaya bilərsiniz. Pəhriz orqanizmə lazım olan bütün vitamin, mineral, kalsium, zülalla zəngin olduğu üçün sağlamlığa heç bir zərər vermir.

1. Yeməyi öncədən hazırlayıb, soyuducuda saxlayın. 2. Tərəvəzləri istədiyiniz qədər yeyin. Meyvəyə gəldikdə isə diqqətli olun, gündə 1 ədəd kifayətdir. 1.Gün Səhər: Axşamdan qatıqla isladılmış bulqur (müsli), 3 ədəd quru ərik Günorta: Suda bişmiş qara düyü, 4 ədəd çeri pomidoru, 6 ədəd qoz Axşam: 75 qram buğda bişmiş alabalıq 2.Gün Səhər: Üzərinə 1 xörək qaşığı yağsız qatıq tökülmüş alma və banan salatı, 3 ədəd hər hansı bir meyvənin qurusu Günorta: 40 qram kəpəkli undan hazırlanan çörək, yağsız pendir, 1 ədəd naringi Axşam: 75 qram suda bişmiş hinduşkanın döş əti, tavada qızardılmış göbələk və gül kələmi 3.Gün Səhər: Suda bişmiş yumurta, kəpəkli çörək və 1 portağal Günorta: Bir dilim yağsız toyuq, 1/3 manqo, kərəviz Axşam: Buxarda bişmiş 75 qram dana əti və tərəvəzlər 4.Gün Səhər: 2 ədəd quru əncir, 1 ədəd armud, 6 ədəd fıstıq Günorta: Tərəvəz şorbası, göyərti salatı Axşam: Buxarda bişmiş balıq kotleti, kələm salatı 5.Gün Səhər: 1 dilim kəpəkli çörək, 2 çay qaşığı mürəbbə, yarım ədəd qreypfrut. Günorta: Buxarda bişmiş badımcan, pomidor və xiyar salatı Axşam: Üstünə bir az zeytun yağı tökülmüş dəniz məhsullarından hazırlanan salat. 6.Gün Səhər: Püre halına salınmış 1 ədəd kivi, 1 ədəd banan, 2 xörək qaşığı qatıq və 4 ədəd qoz. Günorta: 1 dilim pendir, yağsız mayonezlə hazırlanan çuğundur salatı. Axşam: Suda bişmiş qara düyü, üzərinə limon suyu sıxılmış göyərti salatı. 7.Gün Səhər: Suda bişmiş yulaf, yağsız qatıq Günorta: Kəpəkli çörək, suda bişmiş yumurta, pendir və tərəvəzlə hazırlanan sendviç. Axşam: Buxarda bişmiş göbələk, yerkökü, 1 dilim sümüksüz toyuq əti

bottom of page