PRESS NEWS AZERBAIJAN

Whatsapp-dan möhtəşəm yenilik - "Bomba" partlayır

23.07.2015

 

Dünyanın ən populyar səsli mesajlaşma sistemi olan "Whatsapp" daha bir yenilik etməyə hazırlaşır.Bu dəfə yenilik səsli danışıqla bağlı olacaq. Belə ki, artıq danışıqlar internet paketinizdən hesablanmayacaq. 

"WhatsApp" yeni tədbiqetməsi ilə səsli danışıq sistemini daha da təkmilləşdirib. Hələlik yenilik ancaq "Android" cihazlarda çalışacaq və "Google Play"dən təqdim edilməyəcək. 

Yenilik sayəsində interneti az olanlar limiti keçmədən rahat-rahat danışa biləcəklər. Bunun hələlik hansı yollarla mümkün olacağı barədə isə ətraflı məlumat verilməyib. 

Bundan başqa danışıqlarınızı "Google Drive"da yükləyə biləcəksiniz. Hələlik bu xidmət üzərində iş yekunlaşamayıb. 

Smartfonlar üçün ani mesajlaşma mübadilə sistemi olan "Whatsapp", demək olar ki, artıq ən çox istifadə olunan ünsiyyət vasitələrindəndir. Facebook tərəfindən satın alınan xidmət qısa zaman ərzində bir çox yeniliklərə imza atıb. Bunların arasında mesajların oxunduğunu göstərən qoşa mavi xətt, səsli danışıq, yeni dizayn və sairə var. Bundan əlavə yaxın zamanlarda "Whatsapp"a Facebook-dakı kimi bəyənmə (like) düyməsi də gələcək.

Please reload

ƏN ÇOX OXUNANLAR