top of page

Bakının mərkəzində velosiped sürmək qadağan olundu - FOTO


Bakın mərkəzində - "Tarqovaya" kimi tanınan Fəvvarələr meydanı və Nizami küçələrində velosiped sürmək qadağan olunub.

PressNews.Az xəbər verir ki, Fəvvarələr meydanının girişində qadağaları əks etdirən lövhə də vurulub.

Qadağalar tək velosipedçilərə deyil, eyni zamanda çarxlı ayaqqabı və skeyt lövhəsi sürənlərə də şamil edilir.

Qadağa hövhəsinin üzərində xüsusi müşahidə kameraları da quraşdırılıb.

Xatırladaq ki, dəfələrlə paytaxt sakinləri Fəvvarələr meydanında velosiped sürənlərdən şikayət ediblər. Sakinlərin sözlərinə görə, belə bir ərazidə velosiped sürülməsi piyadalar üçün təhlükə yaradır.

Fəvvarələr meydanında tətbiq edilən qadağaları pozanlara cərimə də nəzərdə tutulur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində velosiped idarə edən şəxslərin məsuliyyətinə dair də müddəalar var. Məcəllənin 153-cü maddəsinə əsasən, piyadaların hərəkətinə maneə yaradan velosipedçilər qırx manat miqdarında cərimə edilir.

bottom of page