PRESS NEWS AZERBAIJAN

Müəllimlər İnstitutunun filialları ləğv edildi

24.07.2015

 

Prezident İlham Əliyev Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir, Salyan və Sumqayıt filiallarının ləğvi və “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir, Salyan və Sumqayıt filialları ləğv edilir.

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Please reload

ƏN ÇOX OXUNANLAR