“Məktəbli formalarının dizaynında hər hansı dəyişiklik edilməyəcək. Dəyişiklik yalnız dəstlərin qiymətləri ilə bağlıdır”. Bu sözləri Modern.az-a açıqlamasında "Bakı Tikiş Evi"nin Satış şöbəsinin rəisi Etibar Əzimov deyib. O qeyd edib ki, aşağı siniflər üçün məktəbli dəstələri ölçülərə görə əvvəl 30-35 manat idisə, bu qiymət artıq qruplaşdırılıb və 34 manat məbləğində müəyyən edilib. “Yuxarı siniflər üzrə məktəbli dəstləri ölçülərə görə 40-45 manat idisə, hazırda 43 manatdır”. E.Əzimov məktəbli formalarını alanların az olduğunu qeyd eidb. “İndi hamı istrahətdə olduğu üçün alıcılar azdır. Kimlər ki, növbəsiz almaq istəyir, indidən alırlar. Qalanları isə dərslərin açılmasına 5-10 gün qalmış əla-ayağa düşürlər”. Satış şöbəsinin rəisi hazırda bazarda saxta məktəbli formalarına rast gəlmədiyini vurğulayıb. “Hələki saxta məktəbli formalarının satışı aparılmır. Yəqin onları satanlar da dərslərin açılmasına az qalmış canlanacaqlar. Biz hazırda müəyyən qədər məktəbli forması tikmişik, təlabat olarsa yenidən tikiləcək. Bizdə həm hərbi sifarişlər, həm uniformalar tikildiyi üçün gərgin iş gedir. Tikiş evində 800 qadın çalışır, ona görə gərgin iş rejimində çalışırıq” deyə E.Əzimov qeyd edib.