PRESS NEWS AZERBAIJAN

ABŞ-ın Azərbaycan və Ermənistanda "rəngli inqilab" planı üzə çıxdı - Sensasion məktub yayıldı

27.07.2015

 

Rusiya mətbuatı ABŞ-ın USAİD təşkilatının Ermənistandakı missiyasının rəhbəri Karen Hillardın Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakuntsa ünvanladığı sensasion məktubu yayıb.

 

 K.Hillard öz məktubunda İrəvandakı etiraz aksiyalarının zəifləməsindən narahatlığını ifadə edib.

 

K.Hillard qeyd edib ki, “İrəvandakı etirazların zəifləməsi Azərbaycanda planlaşdırılan tədbirlərin koordinasiyasının pozulmasına gətirib çıxara bilər”.

 

Bu məktub ridus.ru saytında da dərc olunub.

 

“Sizə İrəvanda vətəndaşların etirazlarının əhəmiyyətli dərəcədə azalmasından narahatlığımızı ifadə etmək üçün yazıram. Sizin erməni cəmiyyətinin öz maraqlarını mütləq müdafiə edəcəyinə dair israrlı əminliyinizə baxmayaraq biz nəinki etirazçıların sayının azalmasını müşahidə edirik, həm də sərt və barışmaz ritorikadan hökumətlə dialoqa keçidi, həmçinin siyasi tələblərdən imtina olunduğunu görürük.

 

Aydındır, sizə təqdim edilmiş resurslardan uyğun istifadə etməyi bacarmadınız. Sizin fəaliyyətinizin nəticələrini zəif kimi qiymətləndiririk. Layihənin əsas məqsədinə isə nail olunmayıb” - deyə K.Hillard A.Sakuntusa məktubunda yazır.

 

K.Hillard məktubunda daha sonra qeyd edir ki, İrəvanda nümayişçilərin passivliyi Azərbaycanda planlaşdırılan tədbirləri poza bilər.

 

“Bununla belə biz əvvəlcədən planlaşdırılan istiqamətlər üzrə hər hansı işi indi dayandırmağı yolverilməz hesab edirik. Belə ki, bu, Azərbaycanda planlaşdırılan tədbirlərin koordinasiya olunmasının pozulmasına gətirib çıxara bilər. Siz xalq etirazlarının bütün formalarının fəallaşdırılması üçün maksimum səy göstərməlisiniz. İrəvandakı indiki etirazlar bizim yaxın zamanlar üçün nəzərdə tutulan regional strategiyamızın məhək daşını təşkil edir. Bizim gələcək əməkdaşlığımızın formatını sizin sonrakı addımlarınız  müəyyən edəcək” - deyə USAİD-in Ermənistandakı missiyasının rəhbəri məktubunda yazır.

 

Beləliklə, amerikalılar Ermənistandakı QHT-lərin fəaliyyətindən narazı olduqlarını faktiki olaraq gizlətmirlər. Onlar Ağ Evin maliyyə və siyasi dəstəyinə baxmayaraq erməni cəmiyyətini qızışdırmağa nail ola bilməyən bu təşkilatlardan, o cümlədən bu fəaliyyətlərin kuratoru Artur Sakuntsdan narazı qalıblar.

 

Bununla belə uğurla həyata keçirilən strategiyadan da imtina etmirlər. K.Hillardın sözlərindən çıxış etsək, qonşu Azərbaycanda da “rəngli inqilab” təşkil etməyi planlaşdırırlar. (Virtualaz.org)

 

 

 

Please reload

ƏN ÇOX OXUNANLAR