PRESS NEWS AZERBAIJAN

Polis intihar edən şəxsi havada BELƏ TUTDU - VİDEO

27.07.2015

 

Çində Quansi-Çjuan muxtar  rayonunda yüksək mərtəbəli binadan tullanaraq intihar etmək istəyən şəxsi polis öz bədənini qabağa verərək xilas edib.

 

Beyhay şəhərində polis çağırışdan sonra hadisə yerinə gəlib və  4 mərtəbəli evin damında özünü atmaq istəyən şəxsi görüblər. Hüquqmühafizə orqanının əməkdaşları onu bu addımdan çəkindirmək istəyiblər, yanğınsöndürənlər isə  qəza-xilasetmə təchizatını qurmağa başlayıblar.

 

Bununla belə gənc birdən-birə özünü damdan atıb. Bunu görən  Syao Lan adlı polis onun ölümünün qarşısını almaq üçün bədənini qabağa verib. Həmin şəxs gənc polisin düz üstünə düşür.

 

Hər iki şəxs xəstəxanaya çatlırılıb. Həkim müayinəsindən sonra yaralıların həyati təhlükəsi olmadığı ortaya çıxıb.

 

32 yaşlı gəncin intihar səbəbləri araşdırılır.

 

 

 

Please reload

ƏN ÇOX OXUNANLAR