PRESS NEWS AZERBAIJAN

Klipindəki ayaqqabısını 295 minə aldı – FOTOLAR

28.07.2015

 

PressNews.Az xarici mətbuata istinadən xəbər verir ki, ifaçı vaxtilə klipində geyindiyi, piton dərisindən hazırlanmış, “Alexander McQueen”dən olan “zirehli ayaqqabı”nı alıb. Ledi bunun üçün 295 min dollar pul verib. 

Sənətçinin hərrac yolu ilə aldığı ayaqqabılara verdiyi pul xeyriyyə məqsədilə Nepalda zəlzələdən zərərçəkənlərə xərclənəcək. Ayaqqabılarının fotolarını İnstaqram səhifəsində paylaşan L.Qaqa “Çox istəyirdim ki, onlar mənə qayıtsın. Salamlar olsun “McQueen” yazıb. 

Qeyd edək ki, Ledi həmin ayaqqabıları klipindən savayı, 2010-cu ildə “MTV VMA” mükafatlandırma mərasimində də geyinmişdi. 

 

 

 

 

 

 

 

Please reload

ƏN ÇOX OXUNANLAR