top of page

Ailə həyatı qurmaq istəyən gənclər mütləq oxusun


Artıq nikaha daxil olmaq istəyən vətəndaşlar tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı pilot layihə çərçivəsində 5 saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən Respublika Diaqnostika Mərkəzindən əldə edə bilərlər.

Vətəndaşların tibbi müayinədən keçdiklərini təsdiq edən arayış 5 iş günü müddətində veriləcək və bunun üçün dövlət rusumu ödənilmir.

Arayışın əldə edilməsi üçün zəruri olan sənədlər:

- Nikaha daxil olmaq istəyən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər;

- Nikahın qeydə alınması üçün doldurulmuş ərizə-anketin surəti.

Qeyd edək ki, yalnız “ASAN xidmət” mərkəzləri daxilində nikaha daxil olmaq istəyən şəxslər bu xidmətdən yararlana biləcəklər.

bottom of page