PRESS NEWS AZERBAIJAN

DÜNYANIN ƏN BAHALI FOTOLARI - 1-Cİ HİSSƏ

07.08.2015

 

Müasir dövrümüzdə bəzi qalmaqallı fotolar fotoqrafların milyonlar qazanmasını təmin edir. 

Bu dəfə sizə ən bahalı fotoların siyahısını təqdim edirik:

Hər zaman olduğu kimi dünya ulduzlarının fotoları yenə də gündəmdədir.

 

Britni Spirs

 

Belə ki, müğənni Britni Spirsin bu fotosu  250 min dollara satılıb.

 

 

 

Fotoqraf paparazzi  Den Boy

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Fotoqraf paparazzi  Den Boy Britninin keçmiş həyat yoldaşının evinin həyətində lentə alıb.

 

Fotoda da göründüyü kimi Britni saçlarını keçəl qırxdırıb və əlində çətir var. Onu da qeyd edək ki, Britni Spirs məhz sevgilisindən ayrıldıqdan sonra depressiyaya düşüb və saçlarını keçəl qırxdırıb. Bu məqamda fotoqrafa pulu, tək çəkdiyi foto yox, həm də Britninin onun maşınını cızması qazandırıb. Belə ki, fotoqrafın gizli çəkilişindən hirslənən məşhur,

 

Den Boyun maşınını cızıb.

 

Nəticədə, dünya ulduzu buna görə fotoqrafa 40 min dollar təzminat ödəməli olub.

 

 

 

 

 

 

 

 

 

 

Keyt Moss

İngiltərənin məşhur “DailyMirror” nəşri model Keyt Mossun fotosuna görə 300 min dollar pul ödəyib.

 

Fotoqraf  İngilis müğənni Pete Doherty və  Keyt Mossu kokaindən istifadə edərkən kadra alıb.

Nəticədə “Chanel” və “Burberry” şirkətləri Keyt Mossla olan müqavilələrini ləğv edib. İngilis model özü isə onu sevənlərdən üzr istəməli olub və bir muddət  narkoasılılıqdan xilas olmaq üçün  müalicə alıb.

 

 

 

Körpəyə görə 1 milyon

 

Stiv Sends adlı qalmaqallı məşhur paparazzi fotoqraf Hollivudun məşhur aktrisası Qvinet Peltronun körpəsinin fotosunu çəkə bildiyi üçün 1 milyon dollar qazanıb.

 

 

 

 

Fotonun bu qədər dəyərli olmasının səbəbi isə odur ki, aktrisa övladını mediadan gizli saxlayırdığı və bu zamana qədər heç bir KİV-də onun körpəsinin fotosu yayımlanmamışdı.  

 

Yeri  gəlmişkən, Qvinet Peltronun həyat yoldaşı Colt Play qrupunun vokalisti Kris Martindir.

Bu gözəl cütlüyün körpələrinin adı isə Apple-dır ( Alma).

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Qeyd edək ki,  Qvinet Peltronun körpəsinin fotosunun mətbuatda yer almasından sonra əksər ulduzlar öz körpələrinin şəkillərinin mediada  yayılmasına görə milyonlarla qonorar tələb etməyə başladılar. Bu cütlüklərə Ancelina Coli, Brad Pitt və Tom Kruz, Katie Holmes-i aid etmək olar.

 

Stiv Sens bu fotoya  görə milyonlarla pul qazansa da o, Nyu Yorkun ən cox nifrət edilən vətandaşlarının siyahısında ilk yerlərdən birini tutur. Bundan əlavə  fotoqraf, tez-tez qanunsuz çəkilişlər apardığına görə  polislərlə də qalmaqal  yaşayır.

 

Belə çəkilişlərdən birini sizə təqdim edirik:

 

 

Şahzadə və dünyanın ən bahalı paparazzi fotosu

 

KİV nümayəndələri Diananın bu fotolarına görə 6 milyon dollar ödəyib.

 

 

 

 

 

Fotolardan da gördüyü kimi Şahzadə Diana San-Tropez adasında yaxtada Misir əsilli İngilis iş adamı Dodi Al Fayedlə istirahət edir.