Yəmənin Səna şəhərində qəddar, cəllad ata 10 yaşlı qızını bir neçə gün vəhşicəsinə döyb, uşağın bədəninə qızdırılmış bıçaq və qayçı basıb, dəhrə ilə belindəki dərisini kəsərək şırımlar açıb, elektrik cərəyanı ilə işgəncələr verib, əl-ayağını kəsik-kəsik edib.
Bu manyak atanın məqsədi 10 yaşlı qızından "qonşu kişi ilə cinsi əlaqəyə girməsi" ilə bağlı etirafı eşitməkdi.
PressNews.Az Milli.Az-a istinadən bildirir ki, 10 yaşlı qız məruz qaldığı işgəncələrdən ölüb. Onun atası isə qızının ölümündən az öncə uşağın iki videosunu çəkib. Videolardan birində o, uşağı bədənindəki yaraları, işgəncə yerlərini göstərməyə vadar edir.
33 yaşlı Nuh Əli Saleh əl Yəməni həbs olunub. 6 il əvvəl boşadığı arvadından 3 qızı olan əl Yəməni məhkəmədə bildirib: "Boşadığım arvadımın əxlaqsızlıqla məşğul olduğuna, 10 yaşlı qızımı da buna vadar etdiyinə əminəm. Qızımı da döydüm ki, qonşudakı kişi ilə yatağa girdiyini boynuna alsın".
Məhkəmə-tibb ekspertizasının rəyinə görə, 10 yaşlı qız bakirə olub və təbii ki, hər hansı "qonşu kişi ilə" cinsi əlaqə iddiası yalandır.
Əl Yəməni məhkəmədə əməlini etiraf edib və deyib: "Bəli, qızımı mən öldürdüm. Namusumu qorudum. O qızın və anasının əxlaqsız olduqlarını adım kimi bilirəm".
Məhkəmə davam edir.
Yəmənin mövcud qanunvericiliyinə görə, Nuh Əli Saleh Əl Yəməni 25 il müddətinədək azadlıqdan məhrum oluna bilər.