PRESS NEWS AZERBAIJAN

ABŞ Türkiyə sərhədindən dəstəyini çəkir

17.08.2015

ABŞ-ın Türkiyəyə göndərdiyi “Patriot” zenit-raket sisteminin xidmət müddəti uzadılmayacaq

 

 

Suriyadan potensial hava və raket hücumlarından qorunmaq üçün ABŞ-ın Türkiyəyə göndərdiyi “Patriot” zenit-raket sisteminin xidmət müddəti uzadılmayacaq. Bu barədə avqustun 16-da həm ABŞ, həm də Türkiyə tərəfi rəsmi bəyanat yayıb. NATO-nin dəstəyi ilə 2013-cü ildə Türkiyə-Suriya sərhədi yaxınlığında qurulmuş hava sipərinin xidmət müddəti oktyabr ayında bitir. Bununla belə Pentaqon bildirib ki, ehtiyac yaranarsa ABŞ "Patriot" komplekslərini və şəxsi heyətini bir həftə ərzində yenidən Türkiyəyə qaytarmağa hazır olacaq. 

 

Bəyanatda, ABŞ hava müdafiə sisteminin təkamül edərək qlobal təhdidlərə cavab verə bilməsi, müttəfiqləri və tərəfdaşları daha effektiv qoruya bilməsi üçün bir sıra modernizasiya və yeniləmə işlərinin aparıldıqdan sonra sistemin yenidən Türkiyəyə qaytarılacağı qeyd edilib. Türkiyənin Müdafiə Nazirliyi isə, ayrıca bəyanatda Almaniyanın da Türkiyədəki 2 "Patriot" zenit raket batareyası və 250 nəfərdən ibarət şəxsi heyəti geri çağıracağını ictimaiyyətin diqqətinə çatdırıb.

 

Xatırladaq ki, Amerika istehsalı olan “Patriot” raketdən müdafiə sistemi 2013-cü ildə Türkiyənin tələbi ilə bu ölkənin Suriya ilə sərhəd bölgəsinə yerləşdirilib. 

Please reload

ƏN ÇOX OXUNANLAR

Please reload

Please reload