PRESS NEWS AZERBAIJAN

Bankdan kredit götürənlərə vacib xəbər

17.08.2015

 

Bundan sonra banklardan kredit götürən vətəndaşlar məcburi qaydada götürdükləri məbləğin beş faizi miqdarında "Həyat sığortası" ödəməli olacaqlar.

 

PressNews.Az xəbər verir ki, bununla bağlı özəl informasiya aktual.az-a Mərkəzi Bankdakı mənbələrdən daxil olub.

 

İnformasiyada qeyd olunur ki, bu gün səhər Mərkəzi Bank bununla bağlı ölkədə fəaliyyət göstərən banklara məktub ünvanlayıb.

 

Məktubda banklardan "Həyat sığortası" tətbiq etmək, bununla riskli ödənişləri aradan qaldırmaq tələb olunur.

 

Sayt bu qərarın hansı nəticələr doğuracağını aydınlaşdırmaq üçün iqtisadçı-ekspert Vüqar Bayramova müraciət edib.

 

Portalımıza açıqlamasında ekspert bu qərardan xəbərdar olduğunu deyib:

"Bilirsiniz ki, son dövrlər banklarda maliyyə böhranı yaşanır. Vətəndaşların banklara ödəməli olduğu kreditlərdə gecikmələr yaranır. Bu da heç şübhəsiz, bank sektorunda böhranlı vəziyyətə gətirib çıxarır.

Bu səbəbdən Mərkəzi Bank çıxış yolu olaraq "Həyat sığortası"nı tətbiq etmək qərarını verib.

Artıq bu gündən sonra banklardan kredit götürən vətəndaşlar məcburi qaydada "Həyat sığortası" paketini almalı olacaqlar. Əvvəllər vətəndaş bankdan kredit götürəndə yalnız bir faiz komisyon haqqı ödəyirdisə, artıq götürdüyü məbləğin beş faizi həcmində "Həyat sığortası" ödənişini etməyə məcbur olacaq. Misal üçün, 10 min kredit götürən şəxs əlavə olaraq 500 manat sığorta haqqı ödəyəcək.

Bu qərar banklara imkan verəcək ki, müştəri vəfat etdikdə onun pulunu sığorta şirkətindən ala bilsin. Yəni bank verdiyi krediti bütün hallarda geri ala biləcək. Hesab edirəm ki, Mərkəzi Bankın qərarından sonra sığorta bazarında canlanma yaranacaq".

Please reload

ƏN ÇOX OXUNANLAR

Please reload

Please reload