Taxıl istehsalında rekord (VİDEO)

Bu il taxıl istehsalında ölkəmizdə mühüm artımlar var. Amma buna baxmayaraq hər il nə qədər taxıl artsada xarici ölkələrdən taxıl idxalı həyata keçirilir. Bəs bunun səbəbi nədir?
Ölkədə bu il ilk dəfə olaraq taxılda orta məhsuldarlıq rekord səviyyəyə çatıb. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 7,7 sentner artaraq 30,5-ə çatıb.
Ancaq məhsuldarlıq yüksəlsə də, xaricdən ərzaq buğdasının idxalı davam edir. Ölkəmizə daha çox Qazaxıstan,Rusiya və Ukraynadan taxıl idxal olunur. İlin əvvəlindən bəri 202,75 milyon dollarlıq buğda idxal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 29,7% çoxdur.
Ölkəmizdə bu qədər çox taxıl istehsalına baxmayaraq xaricdən buğda idxal olunmasının başlıca səbəbi fermerlərin özüdür. Vegetasiya müddətində fermerlərin müəyyən aqrotexniki qaydalara tam şəkildə əməl etməməsi sonda zəif keyfiyyətli taxılın alınmasına gətirib çıxarır. Keyfiyyət göstəricilərinin aşağı düşməsində toxum amilinin rolu da böyükdür.
xezerxeber