Türkiyənin tanınmış professoru Əhməd Maranki sağlam qalmaq istəyən hər kəsə mütəmadi olaraq alma çayı içməyi məsləhət görüb. Bu çayın bir çox dərdin dərmanı olduğunu iddia edən professorun sözlərinə görə, xolesterinin səviyyəsini aşağı salır, damarları qoruyur, ürəkbulanma və qusma hallarının qarşısını alır, orqanizmi toksinlərdən təmizləyir. Həmçinin, dərinin gözəlləşməsini və daha sağlam görünməsini təmin edir. Bir ədəd alma qaxını və ya təzə almanın soyulmuş qabıqlarını, iki dilim portağal və bir dilim limonla birlikdə ilıq suyun içərisində 12 saat saxladıqdan sonra 10 dəqiqə qaynadın. Hər gün ondan bir stəkan için. Alternativ olaraq aşağıdakı çay reseptini də sınaqdan keçirə bilərsiniz: İki stəkan qaynayan suyun içərisinə iki çay qaşığı alma çiçəyi töküb 15 dəqiqə qaynadın. Sonra ocağı söndürüb 10 dəqiqə çayın dəmlənməsini gözləyin. Əgər çayı sadə içə bilməsəniz, bal ilə dadlandıra bilərsiniz.
publika.az