PRESS NEWS AZERBAIJAN

Azərbaycanlıların düşərgəsini yandıranlar layiqli cəzalarını alacaqlar - XİN

25.08.2015

 

“Hadisənin irqi ayrı-seçkilik zəminində baş verməsi istisna olunmur”.

 

Almaniyada azərbaycanlıların yaşadığı qaçqın düşərgəsində baş vermiş yanğın hadisəsində təqsirkar bilinən şəxslər qanun qarşısında layiqli cəzalarını alacaqlar. 

 

Bunu Azərbaycan XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib:

 

“Almaniyanın Bavariya əyalətinin rəsmilərinin də qeyd etdiyi kimi, bu yanğın hadisəsinin ksenofobiya və irqi ayrı-seçkilik zəminində baş verməsinin istisna olunmadığını nəzərə alaraq ümid edirik ki, istintaq obyektiv və müfəssəl şəkildə aparılacaq və təqsirkar bilinən şəxslər qanun qarşısında layiqli cəzalarını alacaqlar”, - Hikmət Hacıyev deyib. 

Please reload

ƏN ÇOX OXUNANLAR

Please reload

Please reload