PRESS NEWS AZERBAIJAN

Millət vəkili yanacağın qiymətindən şikayətçidir - “Ucuzlaşmalıdır”

28.08.2015

 

Dünya bazarında neftin qiyməti aşağı düşməkdə davam edir. Azərbaycan nefti də dünyada gedən bu proseslə əlaqədar xeyli ucuzlaşaraq bir barel üçün 45 dollardan da aşağı düşüb.

Neftin qiymətinin dünya bazarında aşağı düşməsi artıq bir neçə ölkədə benzinin ucuzlaşmasına səbəb olub. Artıq SOCAR qonşu ölkə Gürcüstan və Ukraynada benzinin qiymətini aşağı salıb. 

Maraqlıdır ki, SOCAR qonşu ölkələrdə benzinin qiymətini azaltsa da, bu, Azərbaycanda müşahidə olunmur.

Milli Məclisin iqtisadi-siyasət komitəsinin üzvü Vahid Əhmədov AzNews.az-a açıqlamasında ölkəmizdə də yanacağın qiymətinin azaldılmalı olduğunu deyib:“Yanacağın qiymətində dəyişiklik olmalıdır. Neftin qiyməti aşağı düşürsə, dünya birjalarında neftin qiymətində azalma müşahidə olunursa, yanacağın qiymətinin də aşağı salınması vacibdir. Ukraynada artıq yanacağın qiymətini azaltdılar. Bizdə də bu məsələyə baxılmalıdır”.

İqtisadçı SOCAR-ın bu məsələni gözdən keçirməli olduğunu deyib: “Yanacağın qiymətini bizdə Tarif Şurası təyin edir. Tarif şurası da bu qərarı verəcək, verməyəcək onu bilmirik”.

Please reload