PRESS NEWS AZERBAIJAN

Saatlıda gənclər milli dəyərlərimizin təbliğində fəallaşıblar

28.08.2015

 

28 avqust Saatlıda “Müasir dövrdə gənclər arasında milli mənəvi dəyərlərimizə hörmət hissinin təbliği” mövzusunda konfrans keçirilib. Prezident Yanında Qeyri hökumət təşkilatlarına dövlət dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə reallaşan tədbirdə rayon ictimaiyyət nümayəndələri, gənclər təşkilatının üzvləri, fəallar, ziyalılar və mətbuat işçiləri iştirak edib. Bildirilib ki, gənclərin təlim-tərbiyəsində milli dəyərlərin təbliği günümüzün ən mühüm məsələlərindəndir. XXI əsrdə elmin, texnologiyanın sürətli inkişafı və bu sahədə qazanılan nailiyyətlər bir çox hallarda milli mənəvi dəyərlər və yetişməkdə olan nəslin tərbiyəsi üçün ciddi təhdidlər yaradır. Konfrans qarşılıqlı fikir mübadiləsi ilə davam edib

Please reload

ƏN ÇOX OXUNANLAR