PRESS NEWS AZERBAIJAN

Ermənilər Kürdəmirəcən gəlib çıxdılar - VİDEO

07.09.2015

 

Artıq ermənilərin səsi Azərbaycanın mərkəzinə qədər gəlib çatır. Azərbaycana məxsus olan radio dalğalarda öz efirlərimizi çətin dinləyə bildiyimiz halda düşmənlərimizin radio verilişlərini çox səlis eşidə bilirik.

 

 

 

Əvvəllər ermənilərin radiolarını cəbhə bölgələrinə yaxın olan kənd və rayonlarda eşidirdiksə, bu gün onların səsi Azərbaycanın mərkəzinəcən gəlib çıxır. 

 

Kürdəmir rayonu ərazisində ermənilərin radio dalğaları tutur. Sakinlər bildirirlər ki, yerli efirlərimizin zəif tutmasına baxmayaraq düşmən radioları adıçəkilən ərazidə rahat şəkildə fəaliyyətdədir.

 

Məsələ ilə bağlı Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) ilə əlaqə saxladıq. Şuradan professor İsa Məmmədov Milli.Az-a bildirdi ki, düşmənlərimizin səsini biz istənilən vaxt öz torpaqlarımızda eşidə bilərik.

 

"Ümumiyyətlə, radio dalğa iki kateqoriyaya bölünür: etibarlı qəbul zonası və ümumiyyətlə qəbul. 

 

Etibarlı qəbul zonası lazım olan dalğaya yönəldilir və qeyd olunmuş ərazidə tutur. Ancaq troposfer yayım olanda onlar istənilən uzaq bir zonaya qədər yayımlana bilər, lakin bunlar etibarlı yayım deyil.

 

Misal üçün, İranın radiosu Bakıyacan gəlib çıxa bilər, həmçinin Laçında qoyulmuş bir dalğa da Kürdəmirəcən gəlib çıxa bilər, bunlar troposfer yayımdı, etibarsız dalğa. Çox təəssüf ki, buna heç cür mane olmaq mümkün deyil, çünki bu, bizdən aslı deyil. 

 

Əgər erməni dalğası etibarlı olsaydı, onlar bizim zonalara girməzdirlər" - İsa Məmmədov deyib. (Milli.Az)

 

 

Please reload

ƏN ÇOX OXUNANLAR