PRESS NEWS AZERBAIJAN

Əhali maaşların gecikdirilməsindən şikayətlənir

01.10.2015

 

“6 438 şikayət daxil olub”.

 

2015-ci ilin yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinə vətəndaşlardan 6 438 şikayət daxil olub.

 

PressNews.Az xəbər verir ki, bunu mətbuat konfransında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbəri Fuad Əlizadə deyib.

 

Onun sözlərinə görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb:

“Şikayətlər əsasən işverənlərin əmək haqlarını gecikdirmələri ilə bağlıdır”.

Please reload

ƏN ÇOX OXUNANLAR