PRESS NEWS AZERBAIJAN

Cəbhədə döyüşlər qızışdı: Düşmən xeyli sayda itki verdi

10.10.2015

Ordumuzun bir hərbi qulluqçusu yaralanıb.

 

Oktyabrın 9-da axşam saatlarında qoşunların təmas xəttində düşmənlə döyüş toqquşması zamanı Silahlı Qüvvələrimizin bölmələrinin qarşı tərəfə vurduğu zərbələr nəticəsində düşmənin 6 nəfərədək hərbi qulluqçusu məhv edilib, çoxlu sayda yaralısı var. 

 

PressNews.Az-ın xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. 

 

Məlumatda deyilir ki, Azərbaycan ordusunun bir hərbi qulluqçusu yaralanıb. “Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir”, - deyə açıqlamada bildirilir.

Please reload

ƏN ÇOX OXUNANLAR