top of page

Bu gün Azərbaycan və İtaliya yığmaları arasında oyun olacaq


Bu gün futbol üzrə

Azərbaycanvə İtaliya milli komandaları arasında AVRO-2016-nın seçmə qrup matçı keçiriləcək. PressNews.Az -ın məlumatına görə, rəqib 4 qat dünya çempionları ilə görüş ilk dəfə Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

Amma bu, Azərbaycan millisinin son ev oyunu olacaq. 8 turdan sonra Italiya 18 xalla H qrupuna başçılıq edir. Azərbaycan isə 6 xalla 5-ci pillədə yer alıb. Qonaqlar qələbə qazanacaqları təqdirdə, qrup lideri kimi final mərhələsinə vəsiqəni təmin edəcək, meydan sahibləri isə Robert Prosineçkinin başçılığı altında 5-ci matçında ilk məğlubiyyətlə üzləşəcəklər. Əks halda, İtaliya yığmasının seçmə mərhələlərdəki 48 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyacaq.

Bu komandalar arasında ötən il Palermoda keçirilmiş qarşılaşmada meydan sahibləri qələbə qazanıblar - 2:1. Həmin oyunda İtaliya millisinin müdafiəçisi Corco Kyellini hər 3 qolun müəllifi olub. O, 2 qolu Azərbaycan yığmasının, 1-ini isə öz komandasının qapısından keçirib. Əvvəlki tsikllərdə isə İtaliya millisi Azərbaycanla yalnız AVRO-2004-ün seçmə mərhələsində qarşılaşıb, Bakıda 2:0, evdə 4:0 hesablı qələbə qazanıb.

Bugünkü qarşılaşma Azərbaycan millisindən Rəşad Sadıqovla Ruslan Abışov üçün əlamətdar olacaq. Abışov 28 yaşını tamamlayır, Sadıqov isə millidə 100-cü oyununu keçirəcək. İtaiya yığmasından isə qapıçı Canluici Buffon 150-ci matçına çıxacaq.

Qeyd edək ki, H qrupunun digər görüşlərində Norveç Maltanı, Xorvatiya Bolqarıstanı qəbul edəcək. AVRO-2016 Seçmə mərhələ, H qrupu 21:00 başlayacaq.

Azərbaycan - İtaliya Baş hakim: Uilyam Kollum (Şotlandiya) Baş hakimin köməkçiləri: Damyen Makqreyt (İrlandiya), Frensis Konnor (Şotlandiya) Dördüncü hakim: Alastair Mazer (Şotlandiya) Əlavə köməkçi hakimlər: Bobbi Madden (Şotlandiya), Con Biton (Şotlandiya) Bakı Olimpiya Stadionu

bottom of page