Rejissorluğunu etdiyi filmlərlə özünü bu sahədə təsdiqləyəm Mahsun Kırmızıgül səhnəyə çıxması üçün 1 milyon 200 min lirə (təxminən 450 min manat) təklif edən azərbaycanlı milyarderin təklifini rədd edib. PressNews.Az-ın "Milliyet"ə istinadən məlumatına görə, müğənni kimi aldığı təkliflərin heç birini qəbul etməyən aktyor bu yaxınlarda isə 1,2 milyonluq təklif aldığını etiraf edib. Rusiyada yaşayan azərbaycanlı iş adamı ona səhnədə iki saat ifası üçün təklif göndərib. M.Kırmızıgül qəbul etməməyinin səbəbini belə açıqlayıb: "Bir gün səhnəyə dönməli olsam, bu xalq konsertiylə baş tutar. Əmin olun ki, məqsədim daha çox pul qazanmaq olsaydı mahnı oxumağa davam edərdim". Qeyd edək ki, son olaraq ssenarisini, rejissorluğunu və baş rol ifaçılığını Mahsunun özü etdiyi "Möcüzə" filmi 4 milyona yaxın insan tərəfindən izlənilmişdi.