PRESS NEWS AZERBAIJAN

Anasını 102 bıçaq zərbəsi ilə öldürən şəxs Ali Məhkəməyə müraciət etdi

12.10.2015

 

Anasını qətlə yetirməkdə təqsirləndirilən Mürsəl Dünyamalıyev barəsində olan hökmdən kassasiya şikayəti verib.

 

Onun kassasiya şikayətinə oktyabrın 14-də Ali Məhkəmədə baxılacaq.

 

 

 

Qeyd edək ki, 2013-cü il, dekabrın 18-də Bakıxanov qəsəbə sakini Mürsəl Dünyamalıyev yaşadığı İnşaatçılar küçəsindəki evdə, qısqanclıq zəminində anası - 52 yaşlı Cəmilə Dünyamalıyevaya 102 bıçaq zərbəsi vuraraq qətlə yetirib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mürsəl Dünyamalıyev 13 il müddətinə azadlıqdan məhrum edilib. O, hökmlə razılaşmayaraq cəzasının yüngülləşdirilməsi üçün apellyasiya şikayəti verib.

 

Bakı Apelyasiya Məhkəməsi isə onun şikayətini təmin etmədiyindən o, Ali Məhkəməyə müraciət edib.

Please reload

ƏN ÇOX OXUNANLAR