PRESS NEWS AZERBAIJAN

Putin Suriyadakı əməliyyatların məqsədini açıqlayıb

12.10.2015

 

 

 

Rusiya prezidenti Vladimir Putin ölkəsinin Suriyadakı əməliyyatlarının başlıca məqsədi və bu əməliyyatlara necə hazırlaşmaqlarından danışıb. Putin deyib ki, məqsədləri Suriyada qanuni hakimiyyət üçün situasiyanı stabilləşdirmək və siyasi kompromis üçün şərait yaratmaqdır.

O, Rusiya Hərbi Hava Qüvvələrinin Suriyadakı fəaliyyətini ciddi hazırlığın nəticəsi kimi dəyərləndirib: “Havada və yerdə nə baş verirsə, bu bir andaca verilən qərar deyil, nəzərdə tutulan planın yerinə yetirilməsidir”. Putinin sözlərinə görə, hərbi əməliyyatlar başlamazdan öncə Baş Qərargahın mütəxəssisləri müvafiq informasiyalar əldə etməkdən ötrü kosmosdan və havadan kəşfiyyat aparıblar: “Biz ilkin tədbirlər həyata keçirmişik ki, lazım olan yerdə və lazım olan məqamda kifayət qədər vasitə və güc, döyüş ehtiyatı toplaya bilək. Biz Bağdadda yerləşən informasiya mərkəzi ilə, tərəfdaşlarımızla əlaqələrimizi uzlaşdırmışıq”. O, növbəti dəfə qeyd edib ki, Moskvanın Suriyada quru əməliyyatları həyata keçirmək niyyəti yoxdur: “Bizə nə özgəsinin torpağı, nə də təbii ehtiyatları lazımdır. Bizdə hər şey kifayət qədərdir. Biz özümüzü təmin edə biləcək qədər ehtiyata malik olan ölkəyik”.

Please reload

ƏN ÇOX OXUNANLAR