top of page

Mübariz İbrahimov haqda cizgi filmi çəkilir


Filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqin ssenarisi əsasında Mili Qəhrəman Mübariz İbrahimov haqqında Azərbaycanın ilk cizgi-romanı hazırlanır.

Cizgi-romanın rəssamı Vasif Səftərovdur.

PressNews.Az-ın məlumatına görə, müəllif AZƏRTAC-a bildirib ki, cizgi filminin çəkilməsində əsas məqsəd gələcəyimiz olan uşaqların Vətənə, torpağa, milli mənəvi dəyərlərimizə hörmət ruhunda böyüməsi, onların qəhrəmanlarımızı tanımasıdır.

Yaxın vaxtlarda oxuculara və tamaşaçılara təqdim olunacaq cizgi-romanın üzərində son tamamlama işləri aparılır.

bottom of page