PRESS NEWS AZERBAIJAN

Latviyalı modelyerlərin geyimləri nümayiş olundu - FOTOLAR

23.11.2015

 

 

Ötən gün "Baku Fashion Week" silsilə tədbirləri çərçivəsində məşhur latviyalı modelyerlər Coo Culte, Narciss və Anna Ledin geyimləri nümayiş olundu.

 

Saytımız tədbirə dəvət olunmuşlar sırasında idi. 

PressNews.Az olaraq biz də orada iştirak edib, latviyalı modelyerlərin hazırladığı rəngarəng, bütün xanımların zövqünü oxşayacaq "2016 YAZ-YAY" kolleksiyasını izlədik. 

 

Yeri gəlmişkən podiumda nümayiş olunan bütün geyimləri Grandezza ticarət mərkəzindən əldə edə bilərsiniz.

 

Bu həftə Bakıda Latviya günlərinə start veriləcək. Yeri gəlmişkən Latviya günləri ərzində siyasi, biznes, mətbəx, mədəniyyət və s. sahələr üzrə müxtəlif tədbirlər keçiriləcək.

 

PressNews.Az olaraq mütəmadi şəkildə sizə əsas və ən maraqlı tədbirlərlə bağlı məlumatları çatdıracağıq.

 

Əlavə məlumatları "Latviyanı duyun" rəsmi Facebook səhifəsindən ala bilərsiniz.

https://www.facebook.com/InvestmentDevelopmentAgencyLatvia/?fref=ts