PRESS NEWS AZERBAIJAN

Ziya Məmmədov Latviyanın iqtisadiyyat naziri ilə görüşdü – FOTO

26.11.2015

 

Nəqliyyat Nazirliyi məlumat yaydı.

 

Nəqliyyat  Nazirliyində Latviyanın iqtisadiyyat naziri Dana Reyznis-Ozolanınrəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. 

 

 

Bu barədə PressNews.Az-a Nəqliyyat nazirliyindən bildirilib. 

 

Qonaqları salamlayan nəqliyyat naziri Ziya Məmmədov Azərbaycan və Latviya respublikaları arasındakı ikitərəfli əlaqələrdən, Azərbaycanda nəqliyyat-yol kompleksi sahəsində həyata keçirilən iri regional layihələrdən, həmçinin yol-nəqliyyat kompleksində görülən işlərdən danışıb. 

 

Nəqliyyatın Azərbaycan iqtisadiyyatında prioritet sahələrdən biri olduğunu vurğulayan nazir bu sahəyə dövlət səviyyəsində xüsusi diqqət yetirildiyini qeyd edib.

 

Nazir Z.Məmmədov Azərbaycan üzərindən keçən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı, ölkənin tranzit potensialının artırılması istiqamətində görülən tədbirləri diqqətə çatdıraraq, bu sahədə beynəlxalq əməkdaşlığa xüsusi əhəmiyyət verildiyini bildirdi.

 

Öz növbəsində Dana Reyznis-Ozola Latviyanın iqtisadiyyatına dair ətraflı məlumat verərək, Azərbaycan ilə əlaqələrin daha da genişlənməsində maraqlı olduqlarını qeyd etdi.

 

Azərbaycan ilə Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya həmsədri Z.Məmmədov iqtisadiyyatın digər sahələrində də Latviya Respublikası ilə əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruri olduğunu və bu əməkdaşlığın həm Azərbaycanın, həm də Latviyanın nəqliyyat infrastrukturunun inkişafına xidmət etdiyini vurğulayıb.

 

Görüşdə Latviyanın tranzit dəhlizindən istifadə imkanları, Azərbaycan-Latviya Avtomobil nəqliyyatı məsələləri üzrə Birgə Komissiyanın fəaliyyəti, nəqliyyatın başqa sahələri üzrə əməkdaşlığın inkişafı və digər məsələlər ətrafında müzakirələr aparılıb.

 

 

 

 

Please reload

ƏN ÇOX OXUNANLAR

Please reload

Please reload