Azərbəycanda keçirilən Latviya günlərinin başlaması ilə əlaqədar ölkəmizə səfər edən Latviyanın iqtisadiyyat naziri Dana Reizniece-Ozola Bakının “Araz” supermarketində olub.
34 yaşlı nazir supermarketdə satilan Latviya məhsulları ilə maraqlanıb, “Latviyanı duyun” stendləri ilə tanış olub. Xanım Reizniece-Ozola supermarketin meneceri ilə Latviya məhsullarının satış səviyyəsi ilə maraqlanıb. Supermarketdə təşkil olunan xüsusi stenddə isə xanım nazir Latviya məhsullarından dadıb.