top of page

BMT-nin xüsusi elçisi: “Avropa İttifaqının bəzi üzvlərinin eqoist davranışı Avropanı diz üstə çökdür

Avropa İttifaqının bəzi üzvlərinin eqoist davranışı Avropanı diz üstə çökdürüb. BMT-nin saytında dərc olunan xəbərə görə, bu barədə BMT baş katibinin beynəlxalq miqrasiya məsələləri üzrə xüsusi elçisi Piter Sazerlend Dublindəki ictimai mühazirə zamanı bildirib.

O deyib ki, Avropada hazırda müşahidə olunan “siyasi iflic” onun gələcəyini təhdid edərək irqçilik və ksenofobiyan; təşviq edə partiyaların güclənməsinə səbəb olur. P. Sazerland uzun müddət "dəmir pərdə" arxasında yaşamış Macarıstan tərəfindən bu gün sərhəddə tikanlı məftillər quraşdırılmasını taleyin ironiyası adlandırıb. O xatırladıb ki, 1956-cı il Macarıstanda sovet rejiminə qarşı baş verən inqilabın baş tutmamasından sonra 200 min macar özü Avropada sığınacaq almışdı.

Bununla yanaşı, xüsusi elçi qeyd edib ki, bəzi Avropa dövlətləri, xüsusən Almaniya miqrasiya məsələsində istisnalıq təşkil edir. O, qaçqınlara münasibətdə açıqlıq nümayiş etdirdiyi üçün Angela Merkeli “qəhrəman” adlandırıb.

apa.az

bottom of page