Türkiyədə hərbi bazada partlayış

Türkiyənin Diyarbəkir vilayətinin Hani rayonunda PKK terrorçuları hərbçilərə hücum ediblər.
"Anadolu" agentliyinin məlumatına görə, onlar minalanmış avtomobili idarə binası qarşısında partladıblar. Partlayış nəticəsində 1 nəfər ölüb, 25 nəfər yaralanıb.
Yaralanan hərbçilər Diyarbəkir hərbi hospitalına yerləşdirilib.