PRESS NEWS AZERBAIJAN

Putin Qarabağdan danışdı...

14.04.2016

 

Rusiya prezidenti Vladimir Putin canlı yayımda Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı sualı cavablandırıb.

Pressnews.az xəbər verir ki, Putin Qarabağda böhranın həlli üçün Rusiyanın hər şeyi etdiyini vurğulayıb:

“Bu çox həssas mövzudur. Biz buna ehtiyatlı yanaşmalıyıq, zərər vermədən. Bu, köhnə, necə deyərlər dondurulmuş münaqişədir. Təəssüf ki, son günlər zorakılıq baş qaldırdı. Rusiya münaqişənin nizama salınması üçün hər şeyi edəcək. Əlbəttə uzunmüddətli həll yolu tapılmalıdır. İstisnasız olaraq, Qarabağın həlli siyasi yollarla, hər iki tərəfdən qarşılıqlı güzəştlərlə əldə edilməlidir. Tərəflər bir neçə il əvvəl münaqişənin həllinə yaxın idilər, lakin alınmadı.

Kim nə deyirsə desin, lakin Rusiya münaqişənin həllində maraqlıdır. Ölkəmizdə çoxlu sayda erməni və azərbaycanlı yaşayır. Söhbət milyonlardan gedir. Faciəli hadisələrə baxmayaraq, burada ermənilərlə azərbaycanlılar arasında mehriban münasibətlər var.”